Noyştedter partlayışdan bir saat öncə hava limanındaymış

29 İyun 2016 14:45 (UTC+04:00)

"Fenerbahçe"nin yeni transferi Roman Noyştedter Atatürk hava limanında baş verən terror aktından 1 saat əvvəl İstanbula gəlib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "sarı lacivərdlilər"in prinsipcə anlaşdığı yarımmüdafiəçi Kalamışda yerləşən otelə gedib. Rusiya millisinin futbolçusu "Fenerbahçe" tərəfindən bu gün rəsmən təqdim olunacaq. 2012-ci ildən "Schalke"də çıxış edən Noyştedter bir neçə gün öncə Gerzenkirxen klubu ilə yollarını ayırmışdı.