İrem Derici sevgilisini artıq gizlətmir - fotolar

29 İyun 2016 16:30 (UTC+04:00)
Müğənni İrem Derici və yeni sevgilisi Lider Şahin dünən restoranlardan birində görünüblər.

Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, çıxışda jurnalistlərlə rastlaşan müğənni sevgilisinin anası tərəfindən istənilməməsi barədə belə dedi:

"Özünüzdən xəbərlər yazırsız. Biz xoşbəxtik. Heç kim də bizə qadağa qoymayıb".

Qeyd edək ki, L.Şahin müğənni Selami Şahinin oğludur.