AMEA-nın bəzi institutlarının direktorları vəzifələrinə təsdiqləndilər

29 İyun 2016 15:25 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının bəzi institutlarının direktorları vəzifələrinə təsdiqləniblər.


Azərbaycan Milli Elmlər Akademiyasından Movqe.az-a verilən məlumata görə, bu, AMEA Rəyasət Heyətinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) keçirilən səyyar iclasında bildirilib.


AMEA-da keçirilmiş direktor seçkilərinin nəticələrinə uyğun olaraq akademik İbrahim Quliyev Neft və Qaz İnstitutunun, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının, fizika-riyaziyyat üzrə elmlər doktoru Oqtay Səmədov Radiasiya Problemləri İnstitutunun, akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov Zoologiya İnstitutunun, aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Memarlıq və İncəsənət İnstitutunun, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Nəsimi adına Dilçilik İnstitutunun, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Tarix İnstitutunun, tarix üzrə elmlər doktoru Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Elm Tarixi İnstitutunun direktoru vəzifələrinə təsdiq ediliblər.


Rəyasət Heyətinin növbəti qərarları ilə AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun direktoru vəzifəsini icra edən, fizika-riyaziyyat üzrə elmlər doktoru Əhməd Hacıyev Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Zeynəb Həcəmova isə Rəyasət Heyəti aparatı Katibliyinin rəisi vəzifəsinə təsdiq olunublar.