Xərçəng xəstəsi ola bilərsiniz - Bu qablar təhlükə saçır

29 İyun 2016 21:30 (UTC+04:00)

İndi, bütün evlərdə qışa hazırlıq görülür. Müxtəlif qida məhsulları konservləşdirilir. Amma demək olar ki, bu işlərin hamısı da kustar üsulla həyata keçirilir. Bəzən də müxtəlif yeyinti məhsulları plastik qablarda konservləşdirilir.


Movqe.az  xəbər verir ki, mütəxəssislər isə xəbərdarlıq edirlər ki, bu kimi hallar yolverilməzdir. Bu üsul insanlarda bir sıra, o cümlədən də ankoloji xəstəliklər yaradır. 


"Alimlər təsdiq ediblər ki, həmin qablarda olan maddələr xərçəng xəstəliyi əmələ gətirir. Uzun müddət istifadə olunduqda orqanizmə radikallar, zəhərli maddələr hopur. Bu, öz mənfi təsirini 10-20 ildən sonra göstərir", - deyə həkim terapevt Soltan Rəhimov bildirib. 


Həkim Soltan Rəhimov deyir ki, ev şəraitində plastik qablarda konservləşdirilən yeyinti məhsulları insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Belə qabların tərkibindəki kimyəvi maddələr onun içərisinə yığılan məhsullara hopur. Belə məhsullar zəhərlənmə halları üçün potensial təhlükə olmaqla yanaşı ankoloji xəstəliklərin də yaranmasına gətirib çıxarır. 


40 ilə yaxındır yeyinti məhsullarını kustar üsulla konservləşdirməklə məşğul olan Bərdə rayon sakini Südabə Nərimanova da deyir ki, qablaşdırma zamanı məhsula əlavə edilən məhlulların həcmi çox olduqda soyuq və qaranlıq yerdə saxlanmadıqda zəhərlənmə baş verə bilir. 


"Məhsullar bir ay gün şülarının altında qaldıqda zəhərlənmə baş verir. Bu hallara, əsasən, bazarlarda satılan məhsullar arasında rast gəlinir", - deyə Bərdə rayonunun Saatlı kənd sakini Südabə Nərimanova vurğulayıb. 


Bazarlarda belə məhsullar açıq hava şəraitində satışa çıxarılır. Satıcılar alıcıların müxtəlif səbəblərə görə plastik qablarda konservləşdirilən məhsullara üstünlük verdiklərini deyirlər. 


Bu məhsullar şüşə qablarda da saxlanılır. Ancaq uzaq məsafəyə getdikdə plastik qablarda aparılması daha yaxşıdır. Çünki orada təzə yarpaq kimi qalır", - deyə satıcı Rəna Cəbrayılova bildirib. 


Müvafiq qurumlardan isə bildirirlər ki, plastik qablardan ikinci dəfə istifadə olunması qəti qadağandır. Belə qabların üzərində gigiyenik sertifikat kağızı da olmur. 


"İstər sellofan, istərsə də polietilen torbaların hər biri neft məhsullarından hazırlanır. Onların da tərkibində zəhərli maddələr çoxdur. Qabın tərkibində zəhərli maddələr normadan artıq olursa, onlara gigiyenik sertifikat verilmir", -  deyə Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Əbil Ağayev bildirib. 


Ümumiyyətlə isə üzərində gigiyenik sertifikatı olmayan məhsulların alınması məsləhət görülmür. Bazarlarda belə məhsullara rast gəlindikdə müvafiq şəhər və rayonlarda fəaliyyət göstərən Gigiyena və Epidemiologiya Mərkəzlərinə müraciət edilməsi məsləhət görülür ki, lazımi tədbirlər həyata keçirilsin./Region TV/