Daha bir nəfər Xəzərdə batdı

30 İyun 2016 12:37 (UTC+04:00)

Bakıda daha bir nəfər dənizdə batıb. Movqe.az bildirir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şüvəlan çimərliyində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan 25-30 yaşlı kişi dənizdə batıb. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. APA