Bakıda qadın sirkə turşusundan zəhərlənərək ölüb

30 İyun 2016 12:47 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Mətanət Mirzəyeva sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.