Meyvə bağında polis əməkdaşının meyiti tapıldı

30 İyun 2016 13:19 (UTC+04:00)

Xaçmaz rayonunda kişi meyiti tapılıb. Movqe.az anspress-ə istinadən məlumatına görə, meyit rayonun Mehrəliqışlaq kəndi ərazisində meyvə bağlarından birində aşkar edilib. Hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə baxış keçirib və ölən şəxsin Daxili İşlər Nazirliyinin xüsusi əhəmiyyətli obyektlərin qorunması idarəsinin əməkdaşı Beyrək Seyidverdiyev olduğu müəyyənləşib.

 

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib və ilkin araşdırmalar zamanı onun üzərində heç bir fiziki xəsarət aşkar edilməyib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

 

Ölən polis əməkdaşının meyiti tapılan ərazinin onun özünə məxsus olduğu bildirilir.

 

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.