Eyni səpgili cinayət hadisələrinin sayı artır-Psixoloji səbəb...

30 İyun 2016 14:06 (UTC+04:00)

Əvvəllər körpüyə, yaxud da evin damına çıxaraq özünəqəsd hadisələrinə daha çox rast gəlinirdisə, son günlər bir-birinə bənzəyən, eyni səpgili cinayət hadisələri ilə tez-tez qarşılaşırıq. Bir neçə həftədir müşahidə etdiyimiz baltalanma ilə törədilən cinayət hadisələri demək olar ki, eyisəpgili cinayət əməllərinin sayının artmasına təsir göstərib. Elə tanınmış psixoloq Elnur Rüstəmov da Movqe.az-a açıqlamasında cinayət hadisələrində imitasiyanın olduğunu söyləyir. Həmsöhbətimiz son vaxtlar baş verən cinayət hadisələrində bir-birinə bənzərliyin olmasının heç də təsadüf olmadığını söyləyir. Onun sözlərinə görə, ilk baxışdan bu insana adi hadisə kimi görünsə də, eyni səpgili cinayətlərin törədilmi məsində psixoloji amil böyük rol oynayır: "Yəqin ki, 6-7 ay bundan öncəki, özünəqəsd hadisələri hər kəsin yadındadır. Bir nəfərin körpüyə çıxaraq intihara cəhd etməsi, körüyə çıxaraq özünə qəsd etmək istəyənlərin eyni yolla intihara meyl etməsinə səbəb oldu. Bundan sonra bir nəfərin evin damına çıxaraq canına qıyması, binaların damına çıxaraq intihara cəhd hadisələrinin sayına təsir göstərdi. Bu cür hadisələr başqasına qəsd etməklə törədilən cinayətlərdə də müşahidə olunur. Bir nəfərin öz həyat yoldaşının başını kəsməsi az keçməmiş eyni motivli cinayətlərin sayını artırdı.  Baş verən hadisələr göstərir ki, cinayətlərin törədilməsində bir imitasiya hiss olunur. Bir nəfərin balta ilə adam öldürməsi, qısa zamanda eyni səpgidə cinayətlərin baş verməsi ilə nəticələnir. Bütün bunlar heç də təsadüfi deyil. Baş verənlər göstərir ki, cinayət hadisələrində bir-birini yamsılamaq, imitasiya hiss olunur. Cinayətlərin formasında təkrarlama baş verir. Bu artıq insanlarda robortlaşmış təfəkkür formasının yarandığını göstərir. İnsan özü də fərqinə varmadan cinayət aləti kimi öncə baş verən cinayətlərdə istifadə olunan alətləri seçir, imitasiya edir".


E. Rüstəmov bu cür hadisələrin baş verməsində törədilmiş özünəqəsd, cinayət əməllərinin təfərrüatı ilə ictimaiyyətə açıqlanmasının da rol oynadığını söyləyir. Onun sözlərinə görə, cinayət hadisəsinin necə, hansı vəziyyətdə baş verməsini bütün çılpaqlığı ilə, video və foto formatda ictimaiyyətə çatdırmaq eyni səpgili cinayətlərin törədilməsinə şərait yaradır: "Cinayətləri, xüsusilə ağır cinayətləri təfərrüatı ilə insanalara çatdırmaq düzgün deyil. Bu növbəti qətllərin də eyni səpgidə törədilməsinə gətirib çıxardır".


Hüquqşunas Müzəffər Baxışov isə eyni səpgili cinayətlərin törədilməsində bu antrapoloji təlimin rolunun olduğunu inkar etmir. Həmsöhbətimiz deyir ki, baş verən cinayət hadisələrinin hətta insanın xarici görünüşü ilə əlaqəsinin olduğu iddia edilir: "İtalyan psixatri  Lombarzo antrapoloji təimə görə, hansı cinayətlərin xarici görünüşünə görə, kimlər tərəfindən törədildiyini yazırdı. Cinayət sosial hadisədir. Amma cinayətlərin törədilməsində ola bilər ki, imitasiya rol oynasın. Bu insanın psixi vəziyyəti ilə də bağlıdır. Elə insanlar olur ki, xəyanəti belə bağışlaya, yaxud da sakit tərrzdə ayrılmağı çıxış yolu seçir. Bəzi insanlar isə əvvəl bu cür xəyanətə görə baş kəsildiyini fikirləşib eyni cinayət əməlini törədir. Bununla bağlı araşdırmalar aparılmalıdır. O insanların niyə məhz baltanı yaxud bıçağı seçdiyi əvvəlki bunabəzər hadisənin ona psixi təsir edibetmədiyi araşdırılmalıdır. Lombarzo bu cür araşdırmanı cəzaçəkmə müəssisələrində aparırdı".