Ötən gün "Gelandewagen" hədiyyə olunan müğənni Şəbnəm Tovuzlu kirayədə yaşayırmış

30 İyun 2016 15:06 (UTC+04:00)

Ötən gün "Gelandewagen" hədiyyə olunan müğənni Şəbnəm Tovuzlu (Əsədova) kirayədə yaşayırmış. Movqe.az xəbər verir ki, bu barədə ölkə.az-a sənətçiyə yaxın şəxslərdən biri məlumat verib. Qeyd olunur ki, sənətçinin nümayiş etdirdiyi avtomobil isə vətəndaş nikahında yaşadığı şəxsə məxsusdur.  Qeyd edək ki, ifaçı ötən gün "ATV maqazin" verilişində bahalı maşını ona həyat yoldaşının hədiyyə etdiyini söyləyib: 

"Mən heç vaxt demirəm ki, mənə hədiyyə al. Ümumiyyətlə, bahalı şeyləri hədiyyə kimi qəbul edə bilmirəm. Həyat yoldaşımın ürəyindən gəldi və təbii ki, istəyimdən asılı olaraq mənə ad günümdə belə bir şey hədiyyə etdi".

Xatırladaq ki, sənətçi son günlər şəxsi həyatındakı qalmaqallarla, sevgililəri ilə mətbuatın gündəmindədir.