Dolların satış qiyməti 1,60 manatı keçdi

30 İyun 2016 15:47 (UTC+04:00)

Bakıda ABŞ dollarının satış məzənnəsi 1,6 manatı keçib. Movqe.az Fins.az-a istinadən  xəbər verir ki, dolların məzənnəsi öyrənilən 37 bankdan cəmi 5-də dollar 1,6 manatdan ucuz satılır. Bəzi banklarda isə dolların satış qiyməti 1,6 manatdan da yüksəkdir. Bunlar "Amrahbank", "Yapı Kredi Bank" və başqalarıdır.