Elmir Vəlizadə: Günahı yalnız internet provayderlərin üzərinə atmaq düzgün deyil

30 İyun 2016 16:06 (UTC+04:00)

İnternet şəbəkəsinə çıxışın keyfiyyəti ilə bağlı problemlər həmişə internet-servis-provayderlərdən asılı deyil. Movqe.az-ın  məlumatına görə, bunu jurnalistlərə Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, internetə çıxışın keyfiyyətinə məlumatların ötürülməsinin sürətinə abonentin telefon xəttinin nasazlığı, qeyri-düzgün installyasiya, kompüterin virusa yoluxması və s. aspektlər təsir edə bilər: "Buna görə də günahı yalnız internet provayderlərin üzərinə atmaq düzgün deyil".