Türkiyəni Rusiya ilə yaxınlaşmasın deyə qorxudublar

30 İyun 2016 19:29 (UTC+04:00)

Suriyada və İraqda mövqelərini itirən İŞİD silahlıları Türkiyəni özlərinə əsas hədəf seçiblər. Movqe.az xəbər verir ki, bunu "Əl-Monitor" yazıb.

Nəşrin Türkiyənin dövlət təhlükəsizliyi orqanlarında adları çəkilməyən məndələrə istinadən yazdığına görə, İstanbulun Atatürk hava limanının beynəlxalq terminalında partlayışları törədənlərin məqsədi Suriyadakı siyasətini kəskin dəyişmiş Ankaranı qorxutmaq ola bilər.


Türkiyənin baş naziri Binali Yıldırım bildirib ki, əldə olunan dəlillər terror aktının İŞİD tərəfindən törədildiyinə işarə vurur.


"Bu terror aktları Türkiyənin Suriyadakı siyasəti və Rusiya ilə İsrailə münasibətdə kəskin dəyişikliklərə görə baş verib. Terror aktının güman edilən təşkilatçıları Ankaraya belə bir mesaj vermək istəyirlər: "Ehtiyatlı olun. Bizə təzyiq güclənərsə, buna görə ciddi cavab verəcəksiniz", - məqalədə deyilir.