Esra Erol qəzaya düşdü

30 İyun 2016 17:57 (UTC+04:00)

Türkiyənin məhşur aparıcısı avtomobil qəzasına düşüb. Movqe.az-ın"Qafqazinfo"ya istinadən xəbərinə görə, Türkiyə KİV-i bu barədə məlumat yayıb. Yerli kanallardan birində evlilik proqramına aparıcılıq edən Esra Erol qəzaya düşüb. Məlumata görə, hadisə Qaziosmanpaşa adlanan ərazidə baş verib. Tanınmış aparıcının avtomobili yük maşını ilə toqquşub. Bildirilir ki, E.Erolun avtomobilinə maddi ziyan dəyib. Hadisə yerinə gələn tibb işçiləri aparıcıya ilkin yardım göstəriblər.