Yerevanda polis müxalifətçinin evinə soxulur

30 İyun 2016 23:30 (UTC+04:00)

Yerevanda "Yeni Ermənistan"ın liderlərindən biri Qaro Yeqnukyanın evinə polis soxulur.Hüquq-mühafizə orqanlarının əməkdaşları müxalifətçi liderin həyat yoldaşı – ictimai fəal Ruzan Yeqnukyanı həbs etmək istəyirlər, lakin o, polisi evə buraxmır.

Roma Papasının Yerevana səfərinin başladığı gün Qaro Yeqnukyanın qızı Elmone Yeqnukyan həbs edilmişdi.