Ramazan ayının 25-ci gününün duası - İmsak və iftar vaxtı

1 İyul 2016 12:32 (UTC+04:00)

Bu gün Azərbaycanda Ramazan ayının iyirmi beşinci günüdür.


Movqe.az  xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyulun 1-də imsak saat 03:12, iftar isə 20:31-dədir.


İftar duası:


:"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".



Ramazan ayının 25-ci gününün duası: 


 "İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!".


( "Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin".)