Yasamalda tələbə şəhərciyində yanğın olub (FOTO)

1 İyul 2016 13:47 (UTC+04:00)

Paytaxtın Mətbuat prospektində yanğın hadisəsi baş verib.


Movqe.az-ın məlumatına görə, yanğın hadisəsi Mətbuat prospektindəki tələbə şəhərciyinin həyətində baş verib.


Yanğın nəticəsində şəhərciyin həyətində 80 kvadratmetrlik ərazi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yasamal rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən briqadası cəlb edilib, yanğının qarşısı alınıb./trend/