Soçidə Rusiya və Türkiyə XİN rəhbərlərinin görüşü keçirilir

1 İyul 2016 13:30 (UTC+04:00)

Soçidə Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb.

 

Movqe.az-ın verdiyi məlumata görə, görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərləri Şurasının iclası çərçivəsində keçirilir.

 

Sergey Lavrovla Mövlud Çavuşoğlunun görüşünə 40 dəqiqə vaxt ayrılıb. Görüşdə Suriya məsələsinin müzakirə ediləcəyi bildirilir. /apa/