Sibel Can terror qurbanlarını yad etdi - FOTO

1 İyul 2016 20:30 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Sibel Can ötən gün Monakoya getmək üçün Atatürk hava limanına yollanıb.


Movqe.az Türkiyə mətbuatına istinadən bildirir ki, o, hava limanında baş vermiş terror izlərini gördükdə göz yaşlarına hakim ola bilməyib. Müğənni terror qurbanlarının şəkillərinin anıldığı masaya qərənfil qoyaraq məyus olduğunu bildirib.


Qeyd edək ki, İstanbul hava limanında törədilən terror aktı nəticəsində 42 nəfər dünyasını dəyişib.