Mişel Obama: "Qızlar mütləq oxumalıdırlar" - FOTO

1 İyul 2016 21:00 (UTC+04:00)

ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obama qızları Maliya və Saşa, həmçinin anası Merian Şilds ilə birlikdə İspaniyadadırlar. Onlar Madriddə keçirilən beynəlxalq "Lets Girls Learn" konfransına qatılıblar.

Movqe.az Daily Mail-ə istinadən bildirir ki, Mişel Obamanı  İspaniya kraliçası, 43 yaşlı Letisiya qarşılayıb.

Mişel Obama və kraliça Letisiya Madriddəki Sarsueal sarayının bağını gəzəndən sonra konfransa yollanıblar.

ABŞ prezidenti Barak Obama və xanımı Mişelin təşəbbüsü ilə başlanmış "Lets Gearls Learn" hərəkatının məqsədi qızların təhsil almaq istəklərinə mane olan problemlərin həllinə yardım etməkdir.

Madriddəki Matadero Mədəniyyət Mərkəzində keçirilən konfransa 15-22 yaşlarında 600 xanım qatılmışdı.

"Qızlar mütləq oxumalıdırlar. Təhsil hər kəsin haqqıdır və bu haqqı kimsə insanın əlindən ala bilməz", - M.Obama söyləyib.