Bu geyim insanı görünməz edir - fotolar

1 İyul 2016 17:00 (UTC+04:00)

28 yaşlı hindistanlı iş adamı Saif Siddiqui məşhurlar üçün paparassilərdən qorunmaq üçün şarf hazırlayıb.

Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, "nanosperikal" adlı kristalların hesabına bu şarflar işıqların altında "qoruma" mövqeyinə keçərək bütün işığı geri qaytarır. Nəticədə fotoda görünməzlik effekti yaradılır və şərfi kimin geyindiyi görünmür. 

Artıq Peris Hilton, Nik Conas, Kameron Diaz, Jerman Defo kimi məşhurlar bu aksesuardan istifadə edirlər. Şarfların qiyməti təxminən 500-600 manat arası dəyişir. Eyni  bəzəklərdə mobil telefon çexolları və qalstuklar da satılır.