İŞİD-in 200 maşını partladıldı

1 İyul 2016 18:20 (UTC+04:00)

 ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqın Əl-Fəlucə şəhəri yaxınlığında İŞİD terror qruplaşmasının avtomobil karvanına aviazərbələr endirib.  

 

Movqe.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest deyib.

 

Zərbələr nəticəsində terrorçulara məxsus 200 avtomobil  məhv edib.  

 

"Koalisiyanın iki pilotu iyunun 29-da gecə saatlarında Əl-Fəlucə şəhəri istiqamətində iki avtomobil karvanının irəlilədiyini müəyyənləşdirərək, zərbələr endirib. Birinci karvanda 150, digərində isə 50-dən çox avtomobil məhv edilib", - deyə Ernest bildirib.