Ukrayna Azərbaycana 3 dəniz üzərindən nəqliyyat dəhlizinin yaradılmasını təklif edib

1 İyul 2016 17:25 (UTC+04:00)

Ukrayna Baltik dənizi - Qara dəniz - Xəzər dənizi nəqliyyat dəhlizinin yaradılmasını təklif edib.


Movqe.az  RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın baş nazirinin müavini Gennadi Zubko XI Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında deyib.

 

"Təklif Azərbaycan tərəfinə təqdim olunub. Söhbət nəhəng nəqliyyat dəhlizindən gedir. Bu dəhliz iqtisadi-ticari əlaqələrin genişləndirilməsində böyük rol oynayacaq", - deyə baş nazirin müavini bildirib.

 

G. Zubko əlavə edib ki, dəhlizin idarə olunması üçün vahid idarəedici orqan yaradılacaq.