Nərimanovda yanğın olub

2 İyul 2016 18:00 (UTC+04:00)

Nərimanov rayonunda vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin salonu, mühərrik hissəsi və yaxınlıqda olan 40 kv.m sahədə məişət tullantıları yanıb.


Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub.


Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.