Kərəm və Serenay 4 milyonluq evi ala bilmədilər

2 İyul 2016 21:00 (UTC+04:00)
Aktyor Şahan Gökbaharın 4 milyon dollara satdığı villasını həmkarları Kərəm Bürsin və Serenay Sarıkaya almaq istəyib.

Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, qiymətin çox olduğunu deyən cütlük aktyordan endirim etməsini istəyib. Lakin Gökbahar bu təklifi qəbul etməyib.

Nəticədə K.Bürsin və S.Sarıkaya villanı almaqdan vaz keçiblər.