Azərbaycan yığması Avropa çempionatından kənarda qaldı

3 İyul 2016 18:00 (UTC+04:00)

Amsterdamda (Hollandiya) və Pautyedə (Fransa) keçirilən 2016 FİBA 3X3 Avropa çempionatının seçmə mərhələsi başa çatıb. Movqe.az goal.az-a istinadən xəbər verir ki, kişi basketbolçulardan ibarət millimiz 69 xal toplayaraq, 5-ci olub. Komandamız bu nəticə ilə Türkiyə, İsveçrə və Almaniyanı geridə qoyub. Avropa çempionatına vəsiqə isə Serbiya, Hollandiya, Rusiya və Slovakiyanın olub. Qadınlar millimiz də kişi həmkarları kimi 5-ci yerlə kifayətləniblər. Onların xalı isə 49 olub. Yığmamız Slovakiya, Türkiyə və Latviyanı qabaqlayıb.Avropa çempionatına isə Rusiya, İtaliya və İspaniya yollanacaq.