Bağdadda partlayış : 165 ölü (YENİLƏNİB)

3 İyul 2016 19:00 (UTC+04:00)

17:08 (GMT+4) İraqın paytaxtı Bağdadın mərkəzi məhəllələrindən birində avtomobilin partladılması nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb, 168 nəfər yaralanıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.


12:12 (GMT+4) İraqın paytaxtı Bağdadın mərkəzi məhəllələrindən birində avtomobilin partladılması nəticəsində azı 80 nəfər ölüb, 100 nəfər yaralanıb.


Movqe.az-ın TASS-a istinadən verdiyi məlumata görə, partlayış El-Karrada məhəlləsində törədilib.


Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.