Ağcabədidə "Qrad" raketinin qalıqları tapılıb (FOTO)

4 İyul 2016 09:07 (UTC+04:00)

Ağcabədi rayonunda "Qrad" raketinin qalıqları tapılıb.


Bu barədə Movqe.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.


Ağcabədi rayonu


Hacılar kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamış raketin (9M22U-Qrad) qalıqları aşkar edilmiş və götürülmüş, nəticə etibarı ilə 6 000 kv. m ərazi yoxlanılmışdır.


03 İyul tarixində 1 əkin sahəsi, 1 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat aşkar edilməmişdir, gün ərzində 6 000 kv. m ərazi təmizlənmişdir.


Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 03 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 29 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 566 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.


Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.