ABŞ-ın Səudiyyə Ərəbistanındakı baş konsulluğu qarşısında terrorçu özünü partlatmağa cəhd edib

4 İyul 2016 09:22 (UTC+04:00)

ABŞ-ın Səudiyyə Ərəbistanındakı baş konsulluğu qarşısında özünü partlatmaq istəyən şəxs zərərsizləşdirilib.

Movqe.az-ın RIA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "BBC" telekanalı məlumat yayıb.

Hadisə zamanı iki polis yaralanıb.

Qeyd edək ki, ABŞ-ın Ciddədəki konsulluğu 2004-cü ildə hücuma məruz qalıb. Hadisə zamanı 9 nəfər həlak olub.

İyulun 4-də ABŞ-da müstəqillik günü qeyd edilir.