Bakıda mənzildən 86 yaşlı kişinin meyiti tapılıb Böyüt

4 İyul 2016 10:00 (UTC+04:00)

Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Movqe.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər mənzilə baxış keçirərkən 1930-cu il təvəllüdlü Niyazi İsa oğlu  Osmanovun vəfat etdiyi məlum olub. Xilasedicilər vətəndaşı aidiyyəti üzrə təhvil verib.