İlhamə Quliyevanın oğlunun dostu şikayətçidir

4 İyul 2016 10:50 (UTC+04:00)

İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dələduzluqda təqsirləndirilən dostu Vüqar Bəkirov birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

 Movqe.az-ın məlumatına görə, şikayət Bakı Apellyasiya Məhkəməsin hakimi Əflatun Qasımovun icraatına verilib. Apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası iyulun 8-nə təyin edilib.

 Qeyd edək ki, V.Bəkirov Ülviyyə Ələkbərova adlı qadından və Biləsuvar rayon sakini Oruc Məmmədovdan dələduzluq yolu ilə pul alaraq qaytarmayıb. Hər iki şəxsin hüquq-mühafizə orqanlarına müraciətindən sonra V.Bəkirov barəsində cinayət işi başlanılıb. İstintaq zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Lakin V.Bəkirov məhkəməyə gəlmədiyi üçün Yasamal Rayon Məhkəməsi tərəfindən V.Bəkirov barəsində həbs qətimkan tədbiri seçilib. O, 4 il müdətinə azadlıqdan məhrum edilib./lent.az/