Ermənistanda yol qəzasında beş nəfər ölüb

4 İyul 2016 11:40 (UTC+04:00)

Ermənistanin Sünik vilayətində bu gün səhər saatlarında yük maşını ilə minik maşınının toqquşması nəticəsində 5 nəfər ölüb.

 

Movqe.az-ın  verdiyi xəbərə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

 

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və dörd sərnişini ölüb. Yük maşınının sürücüsü və sərnişini isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib./news.am/