Mərkəzi Bank növbəti depozit hərracında 50 mln. manat cəlb etmək niyyətindədir

4 İyul 2016 11:50 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə ikinci dəfə depozit hərracı keçirəcək.


Movqe.az-a xəbər verir ki, bu gün keçiriləcək dolayı depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 1 ay təşkil edir.

 

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.