Samuxda qaz təchizatında məhdudiyyət olacaq

4 İyul 2016 12:22 (UTC+04:00)

Qazax magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.


Movqe.az  SOCAR-ın saytına istinadən xəbər verir ki, iyulun 4-də saat 10:00-dan 18:00-a qədər "Qaz İxrac" İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin "Ağasibəyli" qazpaylama stansiyasında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.


Təmir işlərinin Samux rayonunun Ağasıbəyli, Əhmədbəyli və Əlibəyli kəndlərinin qaz təchizatına təsir göstərməsi mümkündür.