Nizami rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq

4 İyul 2016 12:30 (UTC+04:00)

Bakı şəhəri Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş magistral su xətləri mövcud sistemlərə birləşdirilir.


"Azərsu " ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a  verilən əmlumata görə, bununla əlaqədar 4 iyul tarixində gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Yaranacaq narahatlıqla əlaqədar "Azərsu " ASC abonentlərdən üzr istəyir.