Azərbaycanda sərin hava şəraiti davam edəcək

4 İyul 2016 12:50 (UTC+04:00)

Azərbaycanda sərin hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.


Bunu Movqe.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.


Onun sözlərinə görə, yaxın 2-3 gün ərzində havanın temperaturunda ciddi dəyişiklik olmayacaq. Lakin həmin müddətdə rayonların bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağışın arabir leysan xarakterli intensiv olacağı proqnozlaşdırılır.