Sabah temperatur 38 dərəcəyədək yüksələcək

4 İyul 2016 14:00 (UTC+04:00)

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.Azərbaycan rayonlarında iyunun 28-də hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.