Bakıda mənzildən külli miqdarda oğurluq edən Gürcüstan vətəndaşları yaxalandı

4 İyul 2016 14:20 (UTC+04:00)

Bakıda mənzildən külli miqdarda pul və qızıl zinət əşyaları oğurlayan şəxslər yaxalanıb.


Movqe.az  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 21-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan Cahangir Əliyevin evindən 70000 ABŞ dolları, 30000 manat dəyərində qızıl əşyalar və sənəd oğurlamış Gürcüstan vətəndaşları Aqil Kərimov və Daşdəmir İsayev Suraxanı RPİ 32-ci PB əməkdaşları tərəfindən tutulublar.