Döyüş postunda erməni əsgərin meyiti tapılıb

4 İyul 2016 15:30 (UTC+04:00)

Ötən gün Ermənistandakı hərbi hissələrdən birində ölüm faktı qeydə alınıb.


Movqe.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, iyulun 3-də səhər saatlarında Müdafiə Nazirliyinin hərbi hissələrindən birində döyüş postunda əsgər Arsen Mxitaryanın meyiti tapılıb. O, güllə yarası alıb.


Faktla bağlı cinayət işi açılıb./trend/