KTMT XİN Şurasının İrəvan toplantısında Dağlıq Qarabağa dair bəyanat qəbul edilib

4 İyul 2016 18:00 (UTC+04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının bu gün İrəvanda keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul edilib.

 

Movqe.az  verdiyi xəbərə görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan toplantının yekunları ilə bağlı keçirdiyi brifinqdə məlumat verib.

 

Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Suriya ilə bağlı da bəyanat qəbul edilib./apa/