Fizuli Ələkbərov işçilərini sərt cəzalandırdı

21 Aprel 2012 23:54 (UTC+04:00)

Dünən Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib. Fizuli Ələkbərov elektron xidmətlərin tətbiqi işlərinin qısa bir müddətdə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib. Qeyd olunub ki, elektron xidmətlərin tətbiqi həyata keçirilən sosial müdafiə tədbirlərində şəffaflığın təmin olunmasına, dövlət qayğısının aztəminatlı vətəndaşlara çatdırılmasında məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi rüşvətxorluğa şərait yaradan halların institusional səviyyədə aradan qaldırılmasına, əhaliyə xidmətin müasirləşdirilməsi dövlət xidmətlərindən istifadə mexanizminin vətəndaşlar üçün daha rahat sadə şəkildə qurulmasına, nazirlik tərəfindən xidmət göstərilən 1,5 milyona qədər əhali kontingenti ilə daimi qarşılıqlı ünsiyyətin daha çevik operativ qurulmasına öz müsbət təsirini göstərəcək. Müşavirədə nazir Fizuli Ələkbərov görülən işlərdə səmərəli effektli, müasir yanaşmaya əsaslanan üsullarından istifadəyə daha geniş yer verilməsi, yeni inşa olunan sosial müəssisələrdə kadr potensialının formalaşdırılması üçün müvafiq işlərin yerinə yetirilməsi, fəaliyyətini dövlətin sosial siyasətinə uyğun qurmayan əməkdaşlar barədə ciddi tədbirlərin görülməsi s. ilə bağlı tapşırıqlar verib.

Müşavirədə Mingəçevir şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin direktorunun müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmaqla mərkəzin fəaliyyətinin araşdırılması, 4 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzinin baş məsləhətçilərinin işdən azad olunması, 13 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzinin baş məsləhətçilərinə töhmət verilməsi barədə əmr verilib.