Azərbaycan FAO-da donor dövləti kimi çıxış edəcək

22 Aprel 2012 09:56 (UTC+04:00)

Azərbaycan BMT-ninƏrzaq Kənd Təsərrüfatı Təşkilatında (FAO) donor dövləti kimi çıxış edəcək. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Onun sözlərinə görə, Azərbaycan donor dövləti kimi FAO-nunüzvü olan aztəminatlı ölkələrə maliyyə texniki dəstək, eləcə tövsiyələr verəcək.

"Əgər əvvəllər aztəminatlı ölkələrdə kənd təsərrüfatı sahəsində layihələri FAO tərəfindən maliyyələşdirilirdisə, bundan sonra Azərbaycan da bu prosesə qoşulacaq. Bunun üçün əsas şərt həmin layihələrin Azərbaycanı qane etməsidir" - deyə nazir qeyd edib