Baxdıqda Tükləriniz Biz-Biz Olacaq 5 Qorxu Filmi

3 Sentyabr 2018 12:38 (UTC+04:00)

1. The Boy

 

 

Bir çox insanların izlədiyi bu filmin çəkilişləri 2015-ci il martın 10-da başlayıb. Film 2016-cı il yanvarın 22-də STX şirkəti tərəfindən ekrana çıxarılıb. Filmdə Qreta adlı gənc qadın Britaniya şəhərində işləmək üçün bir ailədə dayəlik etməyə başlayır. Qreta yaşlı cütlüyün azyaşlı oğlu Brahms ilə tanış olur. Yaşlı cütlük öz uşağının normal olmadığını Qretaya xəbər verir. Bir müddət sonra isə dəhlizdən gələn səslər, telefon zənglərinin yarıda kəsilməsi və həmişə dəcəllik edən Brahmsın  az-az gözə görünməsi Qretanı qorxudur. Filmin sonunda baş verən həyacanlı hadisələri izlədikdən sonra Qretanın taleyini biləcəksiniz.

 

2. The Purge: Anarchy

 

 

Bu film 2013-cü ildə ssenarist James Demonaconun idarəçiliyi ilə çəkilib. Baş rollarda Ethan Hawke, Lena Headey, Adelaide Kane və Max Burkholder yer alır. Həyacan dolu bu filmi çox bəyənəcəksiniz.

 

3. Jessabelle

 

 

Film 2014-cü ildə çəkilmiş fövqəltəbii qorxu filmidir. Əsas rollarda Sarah Snook, Mark Webber, David Andrews, Joelle Carter və Ana de la Reguera yer almışdır. Filmdə Cessi'nin başına gələn qəribə hadisələrdən bəhs olunur. O, anasının keçmiş yataq otağında yaşayır. Cessi doğulandan sonra anası beyin şişi səbəbindən vəfat edib.

 

4. Oculus

 

 

Oculus Mike Flanagan'ın rəhbərliyi ilə çəkilmiş psixoloji və qorxu filmidir. 2014-cü il, 11 aprel tarixində efirə buraxılıb. Baş rollarda Karen Gillan və Brenton Thwaites yer alıb. 1 saat 11 dəqiqəlik bu filmdə uşaq vaxtlarında ailəsinin öldürülməsində günahkar bilinən iki bacı-qardaş Kaylie və Tim, illər sonra bir-birilərini tapıb valideynlərinin ölümündəki sirri tapmağa çalışırlar.

 

5. The Ring

 

 

The Ring - Amerika istehsalı qorxu filmidir. Filmdə sirli kadrlarla dolu bir kasetdən bəhs olunur. Bu kaseti izləyənlərin 7 gün içində səbəbi bilinmədən ölməsi iddia edilir. Kasetin içində qorxunc və bir o qədər gizli kadrlar var. Kasetin içindəki ruh Samara ilə bu kaseti araşdıran Rachel arasında mübarizə davam edir./pahoo.az/