Qafqazda qorxunc nüvə təhlükəsi davam edir

22 Aprel 2012 22:00 (UTC+04:00)

Cənubi Qafqaz üçün ciddi təhdid mənbəyi olaraq qalmaqda davam edən Ermənistanın region üçün yaratdığı təhlükə böyüyür. Söhbət konkret olaraq  "Metsamor" atom elektrik stansiyasından (AES) gedir. Stansiyanın istismar müddətinin bitməsi, son dövrlər regionda seysmik aktivliyin yüksəlməsi fonunda Avropa Parlamenti növbəti dəfə "Metsamor" AES-in bağlanması barədə qətnamə qəbul edib. Lakin bundan dərhal sonra Ermənistan bu qətnamənin şərtlərinə əməl etmək niyyətində olmadığını bəyan edib.

Bu barədə danışmazdan öncə qeyd edək ki, Ermənistan hökuməti "Metsamor" AES-in 2-ci blokunun istismar müddətini daha 4 il artırmaq barədə qərar verib. Bu qərar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) başkatibi Yukio Amanonun Ermənistana səfəri ilə üst-üstə düşüb. Ermənistanın enerji təbii ehtiyatlar naziri Armen Movsisyan bəyan edib ki, AES-in lisenziyası 2016- ilin sentyabrında bitir. Amma yeni enerji blokunun tikintisinin yubanması ilə bağlı bu müddət daha 4 il artırılıb. Qeyd edək ki, MAQATE-ninbaş katibi Yukio Amanonun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər çərçivəsində Qafqazda yeganə AES olan "Metsamor"a da başçəkib. Erməni kütləvi informasiya vasitələrinin yazdığına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş katibi stansiyanın təhlükəsizliyi məsələsini müzakirə edib.

Stansiyanın ciddi təhlükə mənbəyi olaraq qalması fonunda isə  Avropa Parlamentinin Ermənistana dair son qətnaməsinə əsasən, layihə üzrə nəzərdə tutulan istismar müddəti başa çatdıqdan sonra Ermənistan atom elektrik stansiyasının bağlanması tələb olunur. Bu müddət, lisenziya üzrə, qeyd olunduğu kimi 1 sentyabr 2016- ildə tamamlanır. Lakin qətnamənin qəbul olunmasından bir neçə saat sonra Ermənistan hökuməti tərəfindən Avropa Parlamentinin bu tələbi yerinə yetirilməyəcəyi məlum olub. Belə ki, Ermənistan hökuməti "Metsamoratom elektrik stansiyasının istismar müddətinin uzadılması haqqında qərar qəbul edib. Ölkənin  Energetika Nazirliyinə 2013- ilin may ayınadək "Metsamor"un  müddətinin uzadılması təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üzrə layihənin işlənib hazırlanması tapşırılıb.

Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə bu stansiyanın seysmik zonada yerləşdiyini nəinki Ermənistan, eləcə qonşu dövlətlər üçün təhlükə törətdiyini bəyan edib. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov isə "Metsamor" AES-in istismar müddətinin çoxdan bitdiyini qərarın təhlükəli olduğunu deyir. Onun sözlərinə görə, bu, bütün faktları nəzərə almadan verilmiş qərardır: "Güman edirəm ki, Azərbaycanın bütün qonşu dövlətlərin bu sahədə müvafiq qərarverici orqanları, mütəxəssislərin rəyləri nəzərə alınaraq, bu sahədə yenidən qərar qəbul ediləcək". Xatırladaq ki, prezident İlham Əliyev martda Seulda keçirilən Nüvə Təhlükəsizliyi sammitində "Metsamor" AES-in region üçün təhlükəli olması məsələsini qaldırmışdı. Sənaye energetika naziri Natiq Əliyev bir müddət əvvəl Bakıda səfərdə olan Gürcüstan parlamentinin sədr müavini Fridon Toduan ilə görüşündə bu məsələyə toxunmuşdu. Nazir bildirib ki, köhnə sovet texnologiyası ilə fəaliyyət göstərən "Metsamor" AES- bağlı  beynəlxalq aləmin narahatlığı artır: "Stansiyanın seysmik zonada yerləşməsi xüsusi diqqət çəkir bu da region üçün böyük təhlükədir. Gürcüstan da Ermənistandakı atom elektrik stansiyasının bağlanması üçün birgə əməkdaşlıq etməlidir".

Türkiyəli millət vəkili, Türkiyə-Azərbaycan Dərnəyinin fəxri sədri Sinan Oğan Ermənistandakı "Metsamor" atom elektrik stansiyasının fəaliyyətinin ciddi hədə mənbəyi olduğunu vurğulayır. Onun sözlərinə görə, "Metsamor" AES 7 balgücündə zəlzələ nəticəsində ciddi fəsadlar törədə Çernobıl faciəsindən daha dəhşətli qəzalara səbəb ola bilər: "1976- ildə inşa edilən bu stansiyada 1988-ci ildə Ermənistandakı zəlzələ zamanı üç ay müddətində radiasiya sızıntısı olmuşdu. Bundan sonra İğdır, Qars, Ağrı Ərdahan vilayətlərində xərçəng xəstələrinin sayı da kəskin artmışdı. Köhnə texnologiya ilə fəaliyyət göstərən "Metsamor" AES 7 balgücündə zəlzələ nəticəsində ciddi fəsadlar törədə Çernobıl faciəsindən daha dəhşətli qəzalara səbəb ola bilər". Türkiyəli millət vəkili Avropa İttifaqının 2004- ildə təhlükəli obyektin bağlanması haqqında qərar qəbul etdiyini xatırladaraq, bu günə kimi həmin qərarın həyata keçirilmədiyini bildirib: "O zaman Böyük Britaniyanın Ermənistandakı səfiri deyib ki, güclü zəlzələ olsa, bu stansiya darmadağın olacaq nüvə fəlakəti bütün canlıları məhv edəcək. Təsadüfi deyil ki, Londonda dərc olunmuş bir hesabatda "Metsamor" AESdünyadakı 442 stansiya arasında ən təhlükəli on obyekt sırasına daxil edilib".

Məlumat üçün bildirək ki, Ermənistan atom elektrik stansiyasında Rusiyada istehsal olunmuş ümumi gücü 815 Meqavat olan "VVGR-440" tipli iki enerji bloku quraşdırılıb. Birinci blok 1976-, ikinci - 1980-ci ildə işə salınıb. 1989-cu ildə stansiya müvəqqəti dayandırılıb, 1995-ci ildə ikinci, hal-hazırda işləyən 404 Meqavat gücü olan, blok yenidən işə salınıb. Ermənistanda istehsal olunan elektrik enerjinin təxminən 40 faizi atom elektrik stansiyasının payına düşür.

Səməd CƏFƏROV