Kasilyas “Barselona”ya meydan oxudu

22 Aprel 2012 22:48 (UTC+04:00)

Madridin "Real" klubunun qapıçısı İker Kasilyas bu "Barselona"ya qarşı səfərdə keçiriləcək çempionat oyunu ilə bağlı açıqlamalar verib. Qol.Az-ın İspaniya mətbuatına istinadın yaydığı məlumata görə, təşkil etdikləri mətbuat konfransında Kasilyas matç öncəsində üzərilərində hansısa təzyiqin olmadığını söyləyib: "18 ildir bu komandada sayı-hesabı olmayan oyunlara çıxdım, neçə-neçə zəfər qazandım. Bu qarşılaşma əfərəsində də mən və komandamız nə edəcəyini yaxşı bilir. Yeni bir zəfər üçün meydana çıxacağıq. Kimsə qorxmasın, "Barselona"yla oyunda istədiyimizi alacağımıza şübhəm yoxdur". "Mourinyonun yerinə olsaydın, komandanı oyuna necə hazırlayardın" sualına Kasilyas belə cavab verib: "Hadisələrə Mourinyo kimi yanaşardım". Dünyanın ən yaxşı futbolçusunun kim olması ilə bağlı sualı haqda isə Kasilyas belə danışıb: "Mənim fikrimcə, belə məsələlərlə əfsanəvi oyunçuların söz deməsi daha dəyərli olar. Məsələn, Pele, Maradona, Bekkenbauer kimi insanların müasir futbolçular barədə bizə fikir bildirmələri daha doğrudur".