Breivik: “Mən əslində yaxşı insanam”

23 Aprel 2012 00:31 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Norveçdə 77 adamı öldürən Breivik məkhəmədə Utöya adasında törətdiyi terror aktını soyuqqanlılıqla izah edib. Breivik "Mən əslində yaxşı insanam, sadecə yaxşılıq etməyi unutmuşam" deyib.

Ötən iyul ayında Norveçin paytaxtı Osloda dövlət binalarını bombaladıqdan sonra Utöya adasındakı bir gənclik düşərgəsində terror aktı törədən Anders Behrinq Breivik qətl hadisələrini necə həyata keçirdiyini danışarkən qurbanların yaxınlarının əhvalı pisləşdiyi üçün məhkəmədə tez-tez qısa fasilələr verilib.

Breivek 22 iyulda törətdiyi hadisələrin iyrənc və vəhşi olduğunu boynuna alıb. O, döyüşə gedərkən əvvəlcədən psixoloji hazırlıq gördüyünü deyib.

Məhkəmənin sonunda Breivik Əl Qaidənin dünyadakı ən uğurlu təşkilat olduğunu söyləyib.

Əfqanə Məzahirqızı