Arıqladır, həzmi sürətləndirir, xərçəngdən qoruyur..

6 Sentyabr 2018 11:26 (UTC+04:00)

Boğaz ağrısı, böyrək daşı xəstəlikləri, diş əti problemləri ...

 

Movqe.az  xezerxeber.com-a istinadən bildirir ki, bunlar limonlu suyun çox faydalı olduğu sağlamlıq problemlərindən sadəcə bir neçəsidir. Terapevt Mətanət Cəfərova deyir ki, limonlu suyun orqanizmə, ayrı-ayrılıqda bir çox xəstəliklərə faydası olduqca böyükdür. Limonlu su həm də susuzluğu yatırtmağa kömək edir

 

Orqanizmdə mübadilə prosesini sürətləndirdiyindən arıqlamağa kömək edir və qaraciyəri piylənmədən qoruyur. Yüksək təzyiqi olanlar üçün də limonlu su köməkçi vasitə kimi xeyirlidir. Ancaq həkimlər mədə turşuluğu yüksək olan və xora xəstəliyindən əziyyət çəkənlər üçün limonlu su içməyi tövsiyə etmirlər.

 

Vitamin C ilə zəngin olduğundan limonlu su yuxarı tənəffüs orqanları üçün faydalıdır, həmçinin faringit və qripə qarşı effektiv təsirə malikdir. Bununla yanaşı, diş əti problemlərinə qarşı da çox faydalı hesab olunur.