Ölkədə qanlı iğtişaşlar davam edir

23 Aprel 2012 12:14 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı və Şam rəhbərliyi arasında əldə olunan razılaşma nəticəsində ölkəyə göndərilən müşahidəçi heyətinin vəzifəyə başlaması da qarşıdurmaları dayandıra bilməyib.

Müxaliflərin sözlərinə görə bazar günü paytaxt Şamın şərqində yerləşən Duma şəhərində yaranan şiddətli qarşıdurmalarda ən azı 6 vətəndaş dünyasını dəyişib.

İdlib və Derra şəhərlərində baş tutan nümayişlərdə isə 9 nəfər şəxs həlak olub.

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə nümayəndəsi Kofi Annan tərəfləri doğru addım atmağa çağırıb. Müxaləfət isə BMT-nin ölkəyə göndərmək istədiyi 300 nəfərlik nümayəndə heyətinin fəaliyyətinin qənaətbəxş olmayacağını deyib.

BMT məlumatlarına görə Suriyada 13 aydır davam edən şiddətli döyüşlərdə 12 min mülki vətəndaş həlak olub..

Əfqanə Məzahirqızı