Attestat imtahanları ilə bağlı son məlumat
23 Aprel 2012 14:38 (UTC+04:00)
Attestat imtahanları ilə qəbul imtahanlarını
eyniləşdirmək düzgün deyil. Lent.az-ın verdiyi məlumata görə, bunu
TQDK sədri Məleykə Abbaszadə söyləyib. TQDK sədri orta məktəb
məzunlarının bilik səviyyəsi barədə danışmaq istəmədiyini söyləyib:
"Biz yoxlamalıyıq ki, 11-ci, 9-cu sinfi bitirən şagird nəyi
bacarır. Ona görə də bu imtahanların çətinlik dərəcəsi ali
məktəblərə qəbul zamanı imtahanlarda verilən sualların çətinlik
dərəcəsi kimi olmayacaq. Standart suallar
qoyulacaq".
TQDK sədri bildirib ki, orta məktəblərdə yekun
biliyin qiymətləndirilməsi ilə bağlı hazırladıqları layihə tam elmi
əsaslarla hazırlanıb: "Biz 1999-cu ildən başlayaraq hər il 30 min
şagirdi yoxlamışıq və orta məktəblərdə şagirdləri qiymətləndirmə
formasını müəyyənləşdirmişdik. 2010-cu ildə TQDK-nın buraxdığı
jurnalda da araşdırmalar haqqında yazmışıq".