Atatürklə dialoq

23 Aprel 2012 15:45 (UTC+04:00)

İzmirin Urla mahalındakı yaşlı baxım mərkəzində həyatını davam etdirən 100 yaşındakı Nuriyyə İdil, 90 il əvvəl Konyada təhsil aldığı məktəbi ziyarətə gələn Atatürklə yaşadığı dialoqu, ən incə detalına qədər xatırlayır.

Türkiyə Böyük Millət Məclisinin 11 qurucu millət vəkilindən olan prokuror Sıtkı Gurun qızı olan Nuriyyə İdil, uzun illər məktəb kitablarında və bir çox yerlərdə nəşr olunan fotoşəkilin əhvalatını belə izah edib: ''Fotoşəkilin çəkildiyi gün məktəbdəydim. İkinci sinifdəydim. Atatürk Konya Mövlana Türbəsinə yaxın bir yerdə olan Şəms adlı gözəl məktəbimizə gəldi. 1922 ili idi. Gəlinim və dayılarım mənim üçün şapka tikdirmişdilər. Atatürk gəldiyində o şapkanı taxmışdım. Müəllimlərim Atatürkə aparmağım üçün mənə bir buket çiçək verdilər, yanına getdim, qorxuyla çiçəkləri təqdim etdim.

Mənə kimin qızı olduğumu soruşdu, sevinclə məni qucağına alaraq "Afərin, ilk şapka geyən sən oldun. Yoldaşlarını, uşaqları, məktəbini sevirsənmi?" deyə soruşdu. "Çox sevirəm Paşam" dedim. Atatürk də, "O halda hər il dünyanın hər yerindən uşaqları dəvət edək birlikdə oynayın, qaynaşın" dedi. 23 Aprel Uşaq Bayramının meydana gəlməsində mənim Atatürk ilə olan bu dialoqumun da payı olmasının sevinc və qürurunu yaşayıram.''

İdil, Atatürklə olan fotoşəkili daha sonra Konyaya özünə hədiyyə olaraq göndərdiyini izah edərək, ''Fotoşəkil çəkilərkən Atatürkün yanında olduğumdan çox həyəcanlıydım, zangır-zangır titrəyirdim. Atatürk elə bir adam idi ki, gözlərinə baxa bilməzdiniz. Proyektor kimi gözləriylə içinizi oxuyan çox yaraşıqlı, çox gözəl bir adam idi. Səsi çox mülayim, avtoritar bir əsgər səsi deyil, şirin bir səsi vardı'' deyə danışıb.

Tural QABİLOĞLU