Müəlliflik hüquqları necə qorunur?

23 Aprel 2012 17:21 (UTC+04:00)

Qeyd edək ki, bu gün ilk dəfə olaraq 23 aprel 1995-ci ildə Parisdə qeyd olunub. Hüquqşünas Mirakif Babayevin Mövqe.Az-a verdiyi açıqlamada, müəlliflik hüququnu pozan şəxsləri qanunla cəza gözləyir.

"Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, müəliflik hüququnun əsas obyekti Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin  nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.

Bundan əlavə müəlliflik hüququnun obyektinə  ədəbi əsərlər, dram, musiqili-dram və başqa səhnə əsərləri, xoreoqrafiya əsərləri, mətnli və ya mətnsiz musiqi əsərləri, audiovizual əsərlər, heykəltəraşlıq və digər təsviri sənət əsərləri, memarlıq, fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər, törəmə əsərlər və toplular, kompüter proqramları ədəbi əsərlər aiddir", - M.Babayev dedi.

sərin müəllifi onu yaradan şəxs sayılır"

səri yaradan şəxs isə onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.

 Əsərin anonim və ya təxəllüslə dərc edildiyi hallarda əsərdə adı göstərilən naşir, digər sübutlar olmadıqda, qanunvericiliyə uyğun olaraq müəlifin nümayəndəsi sayılır və bu simada müəlifin  hüquqlarını qorumaq və həyata keçirmək səlahiyyətinə malikdir. Bu isə müəllifin öz şəxsiyyətini açıqladığı və müəllifliyini bəyan etdiyi ana  qədər qüvvədə qalır.

İki və ya daha çox şəxsin birgə əməyi ilə yaradılan əsərə müəlliflik hüququ, həmin əsərin ayrılmaz, bütöv və ya müstəqil  əhəmiyətə malik olan ayrı-ayrı hissələrdən ibarət olmasından asılı olmayaraq birlikdə şərik müəlliflərə məxsusdur.", - Mirakif Babayev dedi.

 

"Azərbaycanda Müəlliflik Agentliyi fəaliyyət göstərir"

Hüquqşünas M.Babayev verdiyi açıqlamada Müəlliflik Agentliyinin fəaliyyət göstərdiyinidə qeyd etdi:

"Bu gün Azərbaycan Respublikasında Müəllif Hüquqları Agentliyi fəaliyyət göstərir. Bu agentlik müəlliflik hüququ, Azərbaycan folkloru nümunələrinə, məlumat toplularına əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirən, normativ hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən mərkəzi icra hakimiyyəti orqanıdır".

Qeyd edək ki, hüquqşünasın verdiyi məlumata görə bu gün, Azərbaycanda da bir çox hallarda müəlliflik hüquqlarının pozulması müşahitə olunur: "Bu kimi hallardan qorumaq üçün, əsəri yaradan şəxs müəlliflik müqaviləsi bağlamalıdır. Bu müqavilədə əsərin əsil sahibi göstərilir və onun səlahiyətləri".

Türkan Nadirqızı

Mövqe.Az